“AZƏRENERJİ” “TƏHSİL VƏ KARYERA” SƏRGİSİNDƏ

Image

“Azərenerji” ASC  10-12 oktyabr tarixində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” (“Career 2014”) sərgisində iştirak edəcəkdir. Sərgidə məqsəd, elektroenergetika sahəsi üzrə mütəxəssis tələbatını nümayiş etdirmək və namizədlərlə ilkin müsahibələr həyata keçirməkdir. ”Azərenerji” bu sərgini gənc nəsil üçün təhsil və karyera inkişafı baxımından mövcud imkanları araşdırmaq və yaxından tanış olmaq üçün fürsət kimi  dəyərləndirir.