PAYIZI YAXŞI HAZIRLIQLA QARŞILAYIRLAR

Image

“Şirvan Regional Elektrik Şəbəkəsi”nin xidməti ərazisində olan Hacıqabul rayonunun elektrik təsərrüfatında son aylar istismar sahəsində görülən işləri nəzərdən keçiririk. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,Hacıqabul” EŞ-in ener­getikləri ilin arxada qalan ayları ərzində enerji verilişinin dayanıqlığını daha da artırmaq, keyfiyyətini daha da yüksəltmək istiqamətində nəzərdə tutulmuş tədbirləri ardıcıllıqla yerinə yetiriblər. Onlar 8 ayda fərdi abonentlərə yeni sayğac quraşdırıb, zədələnmiş sayğacı əvəzləyiblər. 6 və 10 kV-lik hava xətlərin əsaslı təmir işləri aparıblar.

Qeyd edək ki, analoji olaraq bu proses 0,4 kV-lik hava xəttində də həyata keçirilib. Rayon mərkəzində və bəzi kəndlərdə 0,4 kV-lik hava xətlərində əsaslı təmir işləri görülüb. Elektrik enerjisinin normal verilişi üçün onlar zəruri olan ərazilərdə 10 və 0,4 kV-lik EVX-lərdə cari təmir işləri də aparıblar. Yeri gəlmişkən, “Hacıqabul” EŞ-in təmir briqadası balans mənsubiyyətinə aid olan transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçiriblər. Eyni zamanda müxtəlif gücə malik transformatorlarda təmir işi aparıblar. Bütün bunlar  rayonun və onun kəndlərinin enerji təminatında qışa hazırlıq çərçivəsində həyata keçirilib və təbii ki, enerji haqlarının ödənişində müsbət rol oynayıb.

Mənbə onu da bildirdi ki, cari ilin avqust ayında “Hacıqabul” EŞ-in xidmət ərazisində 11,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,7 milyon kilovatsaatdan, ödəniş isə mütləq 40 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 121 min kilovatsaata yaxın azalaraq 3,1 milyon kilovatsaatdan çox olmuşdur. Ödənişdə mütləq artım isə 18 faizdən çox olmuşdur. Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisə üzrə istehlak 90,4 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 9,7 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 25 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 4,4 milyon kilovatsaata yaxın azalaraq 27,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 11 faizə yaxın olmuşdur.

Sonda onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı fakt aşkar edilərək müvafiq qaydada aktlar  tərtib edilmişdir.