FÜZULİ EŞ: TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Image

«İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması energetiklərin ən mühüm vəzifəsidir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması üzrə də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir».

Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində “Füzuli” EŞ-in xidməti ərazidəki 10 və 0,4 kV-lik xətlərin müəyyən hissəsi təmir edilmişdir. Eyni zamanda sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmidir.

Qeyd edək ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən əldə etdiyimiz məlumata görə, cari ilin 8 ayı ərzində sözügedən müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Mənbədən əldə etdiyimiz digər məlumata istinadən qeyd edək ki, qayda pozuntularından elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu abonent (qeyri əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək, onu da qeyd etdi ki, cari ilin 8 ayı ərzində sözügedən EŞ üzrə ümumi istehlak 146,3 milyon kilovatsaatdan artıq, o cümlədən avqust ayında isə 14,5 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 8 ayı ərzində ümumi istehlak 11,6 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 6 faizdən artıq olmuşdur.  O cümlədən, cari ilin avqust ayında isə istehlak 1,4 milyon kilovatsaatdan çox artmış, ödəniş isə mütləq dinamik artım qeydə alınmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 8 ayında məcburi köçkün istehlakçıları üzrə 97,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 3,6 milyon kilovatsaat çoxdur. O cümlədən, avqust ayında isə 7,5 mln. kVt/saata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 648 min kilovatsaata yaxın çoxdur.