BİLƏSUVAR EŞ: MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR GÖRÜLÜR
Biləsuvar rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, son illər sözügedən rayonun elektrik təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha artırılmasına səbəb olmuşdur. O cümlədən, cari ilin son üç ayı ərzində mövsümə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib.
Qeyd edək ki, istehlakçıların elektrik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq məqsədilə şəbəkə tərəfindən TM-lərdə təmir işləri aparılmış və hətta yükə uyğun transformatorlar yenisi ilə əvəz olunmuşdur. Eyni zamanda həmin bu dövrdə müxtəlif gücdə transformatorlar da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
“İstehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi üçün kollektiv öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir” – deyən mənbə onu da bildirdi ki, cari ilin iyul ayında Biləsuvar EŞ-in xidmət ərazisində 8,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,1 milyon kilovatsaata yaxın azalmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 570 min kilovatsaat artaraq 3 milyon kilovatsaatdan çox olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 56,7 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,4 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,6 milyon kilovatsaata yaxın artaraq, 24,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.
Sonda onu da bildirmək istəyirik ki, cari ilin 7 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı fakt aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir.