İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YAXŞILAŞDIRILIR
“Mingəçevir Elektrik Şəbəkəsi”ndə eneri təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, aparılan məqsədyönlü işlər öz bəhrəsini verir. Daha doğrusu sözügedən müəssisənin texniki iqtisadi göstəriciləri cari ildə də yüksəkdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər EŞ-lərdə olduğu kimi burada da istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əsas məqsəd, hər il olduğu kimi, bu il də qış aylarında əhalini keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə rayonun enerji təsürrüfatında mühüm təmir-bərpa işləri aparılıb. O cümlədən, cari ilin son ayları ərzində 10 kV-lik və 6 kV-lk hava xətlərinində həyata keçirilmiş müxtəlıif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin müəyyən hissəsi əsaslı və cari təmir olunmuşdur. Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdən və transformator məntəqələrindən də yan keçməmişdir.
Mənbədən daxil olan digər bir məlumata görə, cari ildə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin də müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, cari ilin iyul ayında “Mingəçevir” EŞ-in xidmət ərazisində 11,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 721 min kilovatsaata yaxın, ödəniş isə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 353 min kilovatsaata yaxın artaraq 4 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizdan çox artmışdır.
Cari ilin 7 ayı ərzində müəssisə üzrə istehlak 83,6 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 3,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır. Daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,6 milyon kilovatsaatdan çox artaraq 29,9 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizə yaxın olmuşdur.