“ BALAKƏN EŞ ”: ŞƏBƏKƏ MÖVSÜMƏ HAZIRDIR
Ənənəvi xarakter alan təmir-bərpa və yenidənqurma işləri ölkənin bütün enerji obyektlərində uğurla yerinə yetirilir.
Növbəti mövsümə hazırlıq çərçivəsində icra edilən bu tədbirlər Balakən şəhərinin, eyni zamanda rayonun kəndlərindən də yan keçməyib. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Balakən EŞ”
xidməti ərazilərində də aparılan təmir işlərinin geniş vüsət aldığı diqqətə çatdırılır.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin iyun ayında sözügedən EŞ-in xidməti ərazisində ümumilikdə 3,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 464 min kilovatsaatdan çox artmış, ümumi ödəniş isə 2013-cü ilin eyni dövründəki ödənişdən mütləq 7 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 384 min kilovatsaata yaxın artaraq 2,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 11 faizə yaxın artmışdır.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə burada ümumilikdə 22,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,3 milyon kilovatsaatdan çox, ümumi ödəniş isə mütləq 3 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 14,2 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 1,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışıdr.
Sonda mənbə onu da bildirdi ki, həyata keçirilmiş bütün bu işlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.