“ AĞDAŞ EŞ ”: YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Ağdaş Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində bu məqsədlə balans mənsubiyyətinə aid olan EVX və TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Eyni zamanda müxtəlif gücdə olan transformatorlar təmir edilərək istifadəyə verilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin iyun ayında “Ağdaş EŞ”in xidmət ərazisində 6,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 976 min kilovatsaata, ödəniş isə mütləq 19 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 555 min kilovatsaata yaxın artaraq 3,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 15 faizdan çox artmışdır.

Onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak 40 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 4 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır. Daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 2,6 milyon kilovatsaata yaxın artaraq 24.1 milyon kilovatsaatdan çox olmuşdur. Ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur.