“CƏLİLABAD EŞ”: YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIR

Image

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsinə, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ildə də davam etdirilmişdir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,  “Cəlilabad EŞ”in xidməti ərazisində cari ilin iyun ayında ümumilikdə 9,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,5 milyon kilovatsaat artmış, ümumi ödəniş isə 2013-cü ilin eyni dövründəki ödənişdən mütləq 8 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 990 min kilovatsaata yaxın artaraq 7,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə burada ümumilikdə 67,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 11,2 milyon kilovatsaata, ümumi ödəniş isə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 53,5 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 9 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizə yaxın artmışıdr.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, istehlakçılara xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə müəssənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyat keçirilmiş və hazırda da bu işlər davam etdirilir.