“LERİK EŞ” : ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR

Image

“İstehlakçıların elektrik enerjisinə olan tələbatını daha da keyfiyyətli şəkildə ödəmək, eyni zamanda qayda pozuntularının qarşısını almaq məqsədilə paylayıcı şəbəkələrdə mühüm addımlar atılır ki, bunun nəticəsində də dayanıqlıq daha da möhkəmlənir, ifrat yüklənmələr aradan qaldırılır, itkilər azaldılır, istehlak edilən elektrik enerjisinin ödənişində isə yüksək göstəricilərə nail olunur. Bu barədə “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisi Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə cari ilin son üç ayında həyata keçirilmiş təmir işləri barəsində verdiyi məlumatda bildirmiş və qeyd etmişdir ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

Mənbə onu da bildirdi ki, cari ilin iyun ayında müəssisənin xidmət ərazisində 1,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 80 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 103 min kilovatsaata yaxın artaraq 1,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır. Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisə üzrə istehlak 9,6 milyon kilovatsaata yaxın  olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 670 min kilovatsaata, ödəniş isə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 6 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 375 min kilovatsaata yaxın çoxdur.

Yeri gəlmişkən, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsinin daima diqqət mərkəzində saxlanılır. TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmiş,  ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir