TƏMİR İŞLƏRİ GÖRÜLÜR

Image

“Gədəbəy Elektrik Şəbəkəsi” (EŞ) üzrə istehlak edilmiş elektrik enerjisin dəyərinin tam ödənilməsi, həm də istismarın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən illərdə olduğu kimi cari ildə də sözügedən EŞ-in balans mənsubiyyətinə aid olan 6, 10 və 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Paralel olaraq TM-lərdə aparılan müxtəlif təyinatlı təmir işləri zamanı  transformatorlar da təmir edilərək şəbəkəyə qoşulmuşdur.

Yeri gəlmişkən, burada yenidənqurma işləri aparılır və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, bu da öz növbəsində istehlak edilmiş elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsir göstərir. Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı sistemli olaraq reydlər keçirilir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 2,7  milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 159 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 38 min kilovatsaatdan çox artmışdır.

Onu da qeyd  edək ki, cari ilin 6 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 1,4 milyon kilovatsaatdan çox artaraq 18 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 14 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,4 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur.

 

Yeri gəlmişkən, şəbəkədə işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.