“ŞƏKİ ES”: TEXNİKİ QULLUQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
Son illər enerjisistemdə həyata keçirilən nəhəng layihələr ölkənin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi böyük qayğının təzahürüdür. Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş Şəki Elektrik Stansiyası şimal-qərb bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan bu generasiya gücü regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edərək, sosial-iqtisadi inkişafa təkan verir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin iyun ayında 17,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə bu rəqəm 134,5 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, tapşırıqların uğurla yerinə yetirilməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, son üç ay ərzində bir porşen tipli aqreqatda əsaslı təmir işləri həyata keçirilmiş, beşində isə istismar həddinə uyğun növbəti texniki qulluq işləri başa çatdırılmışdır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir-bərpa işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmiş, o cümlədən dekorativ və meyvə bağlarına xüsusi qulluq edilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı cari ildə heyətin bilik və bacarıqlarının yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Su çəni, nasos qurğusu, su kəməri şəbəkəsi və digər avadanlıqlar təftiş edilərək qüsurlar aradan qaldırılmış, sexlər, inzibati və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir
Xatırladaq ki, ümumi gücü 87 MVt olan “Şəki” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.