“QAX EŞ”: MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLÜR

Image

“İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifədir. Bununla əlaqədar olaraq həmişə olduğu kimi cari ildə, o cümlədən son üç ay ərzində də müəssisələrin xidməti ərazilərində yenidənqurma, təmir-bərpa işləri vaxtlı-vaxtında həyata keçirilir”, - deyən “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisi “Qax Elektrik Şəbəkəsi”nin xidməti ərazisində işlərin gedişi barəsindədə Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə məlumat vermişdir.

Onun bildirdiyinə görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrindən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda bir neçə transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Yeri gəlmişkən, sayğac uçot komplektinə nəzarəti gücləndirmək məqsədilə xeyli sayda yeni sayğac quraşdırılmış, dəyişdirilmiş və sayğaclar həyətdən çıxarılaraq küçədə xüsusi qutuda quraşdırılmışdır.

“Görülmüş və davam etdirilən işlər eyni zamanda kommersiya itkilərinin qarşısının alınması istiqamətində atılmış addımlardan biridir və bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, cari ilin may ayında 2 qayda pozuntusu faktı aşkar edilərək müvafiq aktlar tərtib edilmişdir. Nəticədə 18,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin ötən 5 ayı ərzində isə 110-a yaxın istehlakçının “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkar edilərək 210,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.  Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin may ayında müəssisənin xidmət ərazisində ümumilikdə 3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 80 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 min kilovatsaata yaxın azalaraq 1,7 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 3 faizdən çox artmışdır.   Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin 5 ayı ərzində isə burada ümumilikdə 15,2 milyon  kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 359 min kilovatsaatdan çox, ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 748 min kilovatsaata yaxın azalaraq 8,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 4 faizə yaxın olmuşdur.