QAYDA POZUNTULARININ QARŞISI ALINIR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifədir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Ağcabədi” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində cari ilin may ayında keçirilmiş reydlər zamanı 97 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılmışdır. Nəticədə 963,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 57,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 5 ayı ərzində isə burada 1535 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aparılmış müvafiq hesabatlar nəticəsində 5 milyon 91,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 305,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə etdiyimiz digər məlumata istinadən qeyd edək ki, qayda pozuntularından elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmişdir.