REYDLƏR MÜNTƏZƏM OLARAQ DAVAM ETDİRİLİR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Gəncə”  elektrik şəbəkəsinin  (EŞ) xidməti ərazisində cari ilin 5 ayı ərzində keçirilmiş reydlər zamanı 34 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 425,1 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 25,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, cari ilin may ayında isə burada 5 akt tərtib olunmuş, 237,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 14,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, “Şəmkir” EŞ-in xidməti ərazisində zamanı  cari ilin ötən 5 ayı ərzində keçirilmiş reydlər 290-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 179,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 130,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. O cümlədən, cari ilin may ayında keçirilmiş reydlər zamanı 80-dən artıq qayda pozuntusu faktı aşkar edilərək 556,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 33,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 97 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Nəticədə 1 milyon 71,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 64.3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

 

Sonda onu da qeyd edək ki, digər müəsissələr olduğu kimi, “Tovuz” elektrik şəbəkəsinin  əməkdaşları da həmişə olduğu kimi, bundan sonra da  istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər.