REYDLƏR KEÇİRİLİR

Image

Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Şəmkir” elektrik şəbəkəsinin (EŞ) əməkdaşları da istehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirdikləri reydlər zamanı aşkar etdikləri pozuntulara görə,  həmin istehlakçılar barəsində müvafiq tədbirlər görürlər.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, reydlər zamanı kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin may ayında müəssisənin xidməti ərazisində 29,2  milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 1,4 milyon kilovatsaatdan çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 8 milyon kilovatsaatdan artıq olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 1,7 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 3 faizə yaxın olmuşdur.

Onu da qeyd  edək ki, cari ilin 5 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 9,1 milyon kilovatsaatdan çox artaraq 129,7 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 52,3 milyon kilovatsaata çox  elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 12,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizə yaxın olmuşdur.

Mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmit-tikinti və yenidənqurma işləri barəsində də ətraflı məlumat verildi.

Sonda onu da qeyd edək ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, eyni zamanda enerji haqlarının ödənilməsində də mühüm rol oynayır.

Yeri gəlmişkən, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.