“MİNGƏÇEVİR REŞ”: TƏMİR İŞLƏRİ APARILIR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi, “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ)  də mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işləri əsasən yerinə yetirilmiş və yanğın təhlükəsizliyi ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Şəbəkədən Mingəçevir şəhəri, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ucar, Naftalan və Goranboy inzibati ərazilərində yerləşən elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda  cari ilin  son üç ayı ərzində görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə deyilir.

Müəssisədən  verilən məlumata görə, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik 8 ədəd, 35 kV-lik isə 18 ədəd tranformator, müxtəlif gərginlikli 140-dan artıq yağ və eleqaz açarları təmir olunmuş, yağlar dəyişdirilərək sınaq yoxlama işləri aparılmış və istismara verilmişdir.

Əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, balans mənsubiyyətinə aid 35 kV-lik “Karxana” hava xəttində (HX) 12 saylı “П” şəkilli dayağın traversi və bir neçə izolyator yenisi ilə əvəzlənmişdir. Eyni zamanda “Yuxarı-Bucaq” HX-də xeyli sayda izoyator, “Malbinəsi” budaqlanmasında isə bir ağac dayaq metal dayaqla əvəz edilmişdir. Digər EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və dayanıqlıq daha da möhkəmləndirilmişdir. O cümlədən, bir km xətt təmir edilmişdir. Onu da qeyd edək ki, həmin bu dövrdə analoji təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik I “Ucar” və “Bərdə-Tərtər” hava xətlərində də həyata keçirilmişdir. O cümlədən, bir km xətt təmir edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir işləri sistemtəşkiledici şəbəkəyə aid olan 500 kV-lik II “Abşeron” hava xəttinin (HX) müəssisənin xidməti ərasində olan hissəsindən də yan keçməmişdir. Belə ki, həmin bu dövrdə xəttin dayanıqlığının daha da artırılması məqsədilə burada 10-dan artıq izolyator dəyişdirilmiş, 1,7 km naqil təmir olunmuş və digər təmir işləri aparılmışdır. Paralel olaraq 330 kV-lik IV, VI və III “Mingəçevir” HX-lərində də həyata keçirilən müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 11,6 km xətt təmir edilmişdir.

 

Sonda onu da qeyd edək ki, hazırki hava iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 220 və 110 kV-lik yarımstansiyaların ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarlarla əvəz edilmişdir. Eyni zamanda HX-lərin trassası yaşıl kütlədən təmizlənmişdir.