İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YÜKSƏLDİLİR

Image

İsmayıllı energetikləri və enerji təchizatçıları öhdələrinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Ötən dövrlərdə olduğu kimi, son üç ayda da rayonda enerjinin istehlakçılara çatdırılması və kommersiya itkilərinin qarşısının alınması istiqamətində uğurlu addımlar atılmışdır. İstismar səviyyəsinin yüksəldilməsi  enerji haqlarının ödənişində müsbət dəyişiklik yaratmışdır.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxilı olan məlumata görə, bu istiqamətdə atılan addımlar sırasına sözügedən EŞ-in balans mənsubiyyətinə aid olan 10 kV-lik hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı  təmir işlər də daxildir.  Eyni zamnda yenidənqurma və təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik EVX-lərdən və transformator məntəqələrindən (TM) də yan ötməmişdir.

Mənbədən o da bildirilir ki, iqlim şəraitinin istiləşməsi isə energetiklərin həyata keçirəcəkləri işin həcmini artırıb. Belə ki, müxtəlif gərginlikdə olan xətlərin trassası yaşıl kütlədən, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Biz paralel olaraq payız-qış mövsümü üçün hazırlıq işlərini plan-qrafikə uyğun aparırıq. Eyni zamnda elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınması məqsədilə də mütəmadi reydlər keçiririk“ , - deyən mənbə cari ildə bi istiqamətdə görülmüş işlərdən də danışdı.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin aprel ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 43 qayda pozuntusu faktı aşkar edilərək müvafiq aktlar tərtib edilmişdir. Nəticədə 80,7 min kilovatsaat itirilmiş elektrik enerjisinin 4,8 min manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 75 faizinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə 150-yə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 309,4 min kilovatsaat itirilmiş elektrik enerjisinin 19,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən kənar xətt vasitəsilə qeyri qanuni istifadə halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək qeyd etdi ki, cari ilin 4 ayı ərzində müəssisə üzrə ümumi istehlak 17,6 milyon kilovatsaata yaxın, o cümlədən aprel ayında isə 3,9 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 4 ayı ərzində istehlak 948 min kilovatsaat artmış, ödənişdə mütləq artım isə 11 faizə yaxın olmuşdur.  O cümlədən, aprel ayında isə istehlak 150 min kilovatsaata yaxın, ödəniş isə mütləq 8 faiz artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 4 ayında daimi əhali istehlakçıları üzrə 9.6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 206 min kilovatsaat çoxdur. Ödəniş isə mütləq 9 faizə yaxın artmışdır. O cümlədən, aprel ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min kilovatsaata yaxın azalaraq 2,1 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 13 faizə yaxın olmuşdur.