“MASALLI EŞ”: QAYDA POZUNTULARININ QARŞISI ALINIR
İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə paylayıcı elektrik şəbəkəsi müəssisələrində mühüm addımlar atılır. İstehlak edilən elektrik enerjisinin ümumi ödənişində də yüksək göstəriciyə nail olunmuşdur. Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Masallı Elektrik Şəbəkəsi”ndə (EŞ) ötən dövrlərdə olduğu kimi, cari ilin son üç ayı ərzində də müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda təmir işləri müəssisənin xidmətində olan TM-lərdən də yan ötməmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin aprel ayında müəssisənin xidməti ərazilərində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 100,2 min kilovatsaat itirilmiş elektrik enerjisinin 6 min manat istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 370-ə yaxın qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 885,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 53,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin 89 faizə yaxı hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. “Qayda pozuntularından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu aşkar edilmişdir” – deyən mənbə sonda onu da qeyd etdi ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da qeyd etdi ki, cari ilin aprel ayında müəssisənin xidmət ərazisində 9,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 582 min kilovatsaata yaxın çoxdur. Hesabat ayında ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 min kilovatsaata yaxın artaraq 7,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizdən artıq olmuşdur. Mənbədən əldə etdiyimiz digər bir məlumat görə, cari ilin ötən 4 ayı ərzində isə burada 46,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,4 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 milyon kilovatsaatdan çox artaraq 34,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə iki faizə yaxın olmuşdur.