“SALYAN EŞ”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

“Enerjisistemin bütün müəssisələri kimi Salyan EŞ-in də balans mənsubiyyətinə aid olan yarımstansiyalarda, transformator məntəqələrində yenidənqurma və təmir işləri mütəmadi olaraq davam etdirilir. Yanğın təhlükəsizliyi tədbirləri də günün tələbləri səviyyəsində yerinə yetirilir”, - deyən Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisi sözügedən EŞ-də işlərin gedişi və istehlakçıların sayğac uçot komplektində aşkar edilmiş qayda pozuntularına görə görülmüş tədbirlər barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə məlumat vermişdir.

Mənbənin bildirdiyinə görə, tərtib olunmuş plan-qrafikə əsasən rayonun ən zəruri ərazilərindəki elektrik təsərrüfatının yenidən qurulması, cari və əsaslı təmiri ön plana çəkilir. Yay mövsü­münün gəlişi ilə əlaqədar şəbəkənin TM-lərinə, xətt və avadanlıqlarına təkrar baxışlar keçirilir.

Mənbədən daxil olan məlumatda o da bildirilir ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 45-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 804,3 min  kilovatsaat itirilmiş elektrik enerjisinin 48,3 min manat istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 86 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə 250-ə yaxın qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 2 milyon 232,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 133,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, burada elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir....

Mənbə onu da bildirdi ki, cari ilin ötən 4 ayı ərzində müəssisənin xidməti ərazisində 107,7 milyon kilovatsaatdan,  o cümlədən daimi əhali qrupu tərəfindən isə 30,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən dövrdə ümumi istehlak 8,5 milyon kilovatsaata yaxın artmış, ödəniş mütləq artım isə 17 faizə yaxın olmuşdur. O cümlədən, sözügedən dövrdə daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,9 milyon kilovatsaatdan çox azalmışdır. O cümlədən, cari ilin aprel ayında müəssisə üzrə 28,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 718 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 16 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 228 min kilovatsaata yaxın azalaraq 6.7 milyon kilovatsaatdan artıq  olmuşdur. Ödənişdə mütləq artım isə bir faizdən çox olmuşdur.