“UCAR EŞ”: TEXNİKİ İMKANLAR DAHA DA YAXŞILAŞDIRILIR
“Həmişə olduğu kimi cari ildə də müəssisələrin xidməti ərazilərində sistem əhəmiyyətli xeyli təmir-bərpa işləri uğurla həyata keçirilmişdir”, – deyən “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisi “Ucar Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində həyata keçirilmiş yenidənqurma və təmir işlərinin gedişi barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə məlumat vermişdi. Onun bildirdiyinə görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrinin bir neçəsində və elektrik verilişi xətlərində (EVX) müxtəlif təyinatlı təmir işləri həyata keçirilimişdir.
“Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyən mənbə aşkar edilmiş qayda pozuntuları barəsində də məlumat verdi.
Onun sözlərinə görə, cari ilin aprel ayında sözügedən müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10-dan artıq qayda pozuntusu qeydə alınmış və itirilmiş elektrik enerjinin istehlak dəyərinin bərpa edilməsi məqsədilə müvafiq aktlar tərtib edilmişdir. Nəticədə 50,6 min kiovatsaatdan artıq elektrik enrjisi itkisi qeydə alınmışdır ki, onun da istehlak dəyəri 3 min manatdan çoxdur. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 45 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 4 ayı ərzində isə müəssisə üzrə 79 qayda pozuntusu aşkar edilərək 372 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 22,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində 6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 204 min kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə cari ilin aprel ayında ümumi ödəniş isə mütləq bir faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2,6 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 106 min kilovatsaatdan çox artmışdır. Onu da qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində müəssisə üzrə istehlak 25,7 milyon kilovatsaatdan artıq olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 218 min kilovatsaat artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 11,1 milyon kilovatsaatdan artıq və 89 min kilovatsaat olmuşdur.