“QAZAX EŞ”: MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq “Qazax EŞ”-in xidməti ərazisində  də davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında sözügedən müəssisənin xidməti ərazilərində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 5 istehlakçının sayğac uçot komplektində qüsur  aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 37,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğ hesabat ayında tamamilə ödənilmiş və ötən aylardan aktlara görə yaranmış debitor borcunda müəyyən qisminin ödənişi təmin edilmişdir. Qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 65-dən artıq qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 179 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 10,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövrü ərzində həmin bu məbləğin 95 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Mənbədən qayda pozuntularının istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, ən çox qayda pozuntusu  məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.

Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. 2014-cü ilin aprel ayında müəssisə üzrə 6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 3 min kilovatsaat azdır. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2,6 milyon kilovatsaatdan və 143 min kilovatsaatdan çox olmuşdur. Yeri gəlmişkən, cari ilin 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində 25,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 11,6 milyon kilovatsaatdan  çoxu daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 105 min kilovatsaata yaxın azalmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 144 min kilovatsaatdan  çox artmış, ödənişdə mütləq artım qeydə alınmamışdır.

Sonda onu da qeyd edək ki, digər müəsissələr olduğu kimi, sözügedən EŞ-in  əməkdaşları da həmişə olduğu kimi, bundan sonra da  istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində tədbirləri davam etdirəcəklər.