“MİNGƏÇEVİR”DƏ TƏMİR İŞLƏRİ APARILIB
“Mingəçevir” elektrik şəbəkəsinin xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə son üç ay ərzində 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə bir sıra yenidənqurma işləri həyata keçirilmişdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə son üç ay ərzində həyata keçirilmiş yenidənqurma, əsaslı və cari təmir işlərinə kabellərin dəyişdirilməsi, dayaqların yeniləri ilə əvəz edilməsi, yeni tikilmiş fərdi yaşayış evlərində şəbəkə yaradılması üçün yeni SİP kabelinin çəkilişi işlərini və s. aid etmək olar.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin aprel ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 7 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 45,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd edək ki, cari ilin 4 ayı ərzində isə müəssisə üzrə 8 qayda pozuntusu faktı aşkar edilərək 46,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. 2014-cü ilin aprel ayında müəssisə üzrə 10,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 233 min kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq bir faizə yaxın artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 3,3 milyon kilovatsaatdan artıq və 209 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizə yaxındır. Yeri gəlmişkən, cari ilin ötən 4 ayı ərzində isə müəssisənin xidməti ərazisində 52,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,8 milyonn kilovatsaatdan çox atmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon kilovatsaata yaxın artaraq 19,3 milyon kilovatsaatdan çox olmuşdur. Ödənişdə mütləq artım isə 7 faizə yaxın olmuşdur.