REYDLƏR DAVAM ETDİRİLİR
İstehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması istiqamətində reydlər keçirilir. Aşkar edilmiş pozuntuların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin aprel ayında “Samux” elektrik şəbəkəsinin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı iki istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntularına əsasən tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 479 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Qeyd edək ki, cari ilin ötən 4 ayı ərzində isə sözügedən müəssisə üzrə 120-dən artıq qayda pozuntusu aktı tərtib olunmuş, 3 milyon 278,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 196,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin əsasən ödənişi (99,3 %-dən çox) təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, sayğac uçot komplektinin “Elektrik enrjisindən istifadə qaydaları”na uygun xüsusi qutularda, baxış üçün maneəsiz yerdə quraşdırılması və digət təşkilatı tədbirlərlə bağlı şəbəkələrdə aparılan yenidənqurma işlərindən söz açan mənbə bildirdi ki, yerinə yetirilən və hazırda davam etdirilən təmir-bərpa işləri rayonun enerji təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.
Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin aprel ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 679 min kilovatsaata yaxın azalaraq 8,9 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 1,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 203 min kilovatsaata yaxın azdır. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizdən çox artmışdır. Onu da qeyd edək ki, cari ilin dörd ayı ərzində isə müəssisə üzrə ümumilikdə 34,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehklak 1,7 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 2 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 890 min kilovatsaat artaraq 8,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq bir faizə yaxın artmışdır.