PEŞƏKARLIĞIN ARTIRILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə və keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə digər elektrik şəbəkələrində olduğu kimi, Qusar rayonunda da görülən işlərin həcmi xeyli genişləndirilib. Bu haqda “Qusar Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər davam etdirilir. Belə ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın daha da möhkəmləndirilməsi məqsədi ilə elektrik verilişi xətlərində və transformator məntəqələrində yenidənqurma, əsaslı və cari təmir işləri aparılıb. Buna misal olaraq 10 KV-lik “Ləzə” HX-də yağ açarının yeni vakuum açarla əvəzlənməsini, 2 və 5 saylı “Şəhər” HX-nin cərəyan transformatorlarının dəyişdirilməsini və s. göstərmək olar. Ümumiyyətlə, bu məqsədlə bu ilin son üç ayı ərzində 10 kV-lik xətlərdə 20 dayaq dəyişdirilmiş, 50-dən artıq düzləndirilmiş, 1,7 kilometrə yaxın xətt təmir edilmiş və eyni uzunluqda xəttin qabariti bərpa edilmiş, 1.6 km-ə yaxın məsafədə trassa yaşıl kütlədən təmizlənmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkələrin 1,2 km-ə yaxın hissəsi təmir edilmiş, 30-a yaxın dayaq dəyişdirilmiş, 20-dən artıq dayaq düzləndirilmiş və digər analoji işlər həyata keçirilmişdir. Qeyd edək ki, sözügedən dövrdə güc artımı ilə əlaqədar olaraq Kuzun və Quxur oba kəndlərində müvafiq olaraq gücü 100 kVA olan tranformator 160 kVA ilə, 180 kVA-lıq transformator isə 250 kVA-lıq transformator ilə əvəzlənmişdir. Eyni zamanda 65-dən artıq TM müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.  Bununla yanaşı, TM-lərin əraziləri otlardan təmiz­lənib, ilkin yanğınsöndürmə va­si­tələrinə baxışlar keçirilib, inventarların saxlanma qaydaları yox­lanılmşdır. Onu da qeyd edək ki, hazırda tədbirlər planı davam etdirilir: dayaqlar yenilənir, xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, tranformatorlar təmir olunur.

Yeri gəlmişkən, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində həyata keçirilmiş tədbirlər istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına da öz müsbət nəticəsini göstərmişdir.  Belə ki, cari ilin I rübü ərzində müəssisə üzrə ümumilikdə 21,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 8,1 milyon kilovatsaata yaxını daimi əhalinin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin I rübü ərzində ümumi istehlak 5,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 56 faizdən çox artmışdır. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə daimi əhali qrupu üzrə istehlak 1,3 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin mart ayında isə ümumilikdə 6,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,6 milyon kilovatsaata yaxın çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə mütləq 66 faizə yaxın artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2,6 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 179 min kilovatsaata yaxın azalmışdır.

Sonda onu da qeyd edək ki, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər bu məqsədlə mütəmadi olaraq təlimatlandırılırlar.