“NEFTÇALA EŞ”: YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIR
“Neftçala Elektrik Şəbəkəsi”nin kollektivi cari ilin arxada qalan aylarında elektrik enerjisinin dayanıqlığının daha da artırılması, istismar keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirib və proses bu gün də davam etdirilir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkənin balansında olan 10, 6 və 0,4 kV-lik elektrik verilişi xəttinin 1,6 kilometrdən artıq hissəsi əsaslı təmirdən çıxarılmışdır. Bununla yanaşı, 0,
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrinin 31-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və bir transformator da əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Mənbənin bildirdiyinə görə, tərtib olunmuş plan-qrafikdə rayonun ən zəruri ərazilərindəki elektrik təsərrüfatının yenidən qurulması, cari və əsaslı təmiri ön plana çəkilir. Yay mövsümünün gəlişi ilə əlaqədar şəbəkənin TM-lərinə, xətt və avadanlıqlarına təkrar baxışlar keçirilir.
“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, enerji haqlarının ödənilməsində, eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, burada cari ilin mart ayında keçirilmiş reydlər zamanı 66 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 306,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 18.3 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 64 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin I rübü ərzində isə müəssisə üzrə 215-dən artıq qayda pozuntusu faktı aşkar edilərək 618.6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 37,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 81 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, cari ilin I rübü ərzində müəssisənin xidməti ərazisində 37 milyon kilovatsaata, o cümlədən daimi əhali qrupu tərəfindən isə 17,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,6 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 1,3 faiz olmuşdur. O cümlədən, daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,1 milyon kilovatsaatdan çox artmış və ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur. O cümlədən, cari ilin mart ayında müəssisə üzrə 12,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 258 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 625 min kilovatsaata yaxın artaraq 5,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 4 faizdən çox olmuşdur.