XAÇMAZ EŞ: YENİDƏNQURMA İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR
“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində (EVX) yenidənqurma, əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdəndir”, – deyən “Xaçmaz Elektrik Şəbəkəsi”nin (EŞ) məsul işçisi bildirdi ki, rayonun paylayıcı şəbəkələrinin enerji təchizatı ümumi uzunluğu 1,4 min kilometrdən artıq olan 10 və 0,4 KV-lik EVX və ümumi gücü 100,2 MVA-dan artıq olan 590-a yaxın balans və qeyri balans TM və KTM-lər vasitəsilə təmin olunur.
Sözügedən EŞ-dən son üç ay ərzində müəssisə üzrə görülmüş yenidənqurma və təmir işləri barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, balans mənsubiyyətinə aid olan 10 kV-lik “Əhmədoba”, “RTS”, “Pivəzavod” və digər bir neçə EVX-də həyata keçirilmiş yenidənquirma və təmir işləri çərçivəsində həmin bu xətlərin 36 kilometrdən artıq hissəsi yeni naqillə əvəz edilmişdir. Eyni zamanda 70-ə yaxın dayaq da dəyişdirilmişdir. Qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik şəbəkələrdə də həyata keçirilmiş yenidənqurma və müxtəlif təyinatlı təmir işləri zamanı 3,5 kilometr uzunluğunda SİP kabel xətti çəkilmiş, 5,5 km-ə yaxın naqil yenisi ilə əvəz edilmiş və 45-ə yaxın dayaq dəyişdirilmişdir. Yeri gəlmişkən, həmin bu dövrdə 10 və 0,4 kV-lik xətlərin müəyyən hissəisndə naqillərin qabaritinin bərpası, trassanın yaşıl kütlədən təmizlənməsi, dayaqların düzləndirilməsi də görülmüş işlər siyahısındadır. Mənbəyə istinadən qeyd edək ki, elektrik enerjisindən səmərəli istifadə edilməsi, itkilərin azaldılması məqsədilə sözügedən dövrdə müəssisənin xidməti ərazisində bir KTM istismara verilmiş və Mürşüdoba kəndində gücü 160 KVA olan transformator 250 kVA-lıqla əvəz olunmuşdur. Eyni zamanda sözügedən dövrdə 60-a yaxın transformator məntəqəsində də əsaslı və carı təmir işləri aparılmışdır.
“Şəbəkələrdə aparılan yenidənqurma işlərinə, sayğac uçot komplektləri xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına baxmayaraq sayğac sxeminə müdaxilə edən istehlakçılar var. Həmin bu istehlakçılar tərəfimizdən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür”, – deyən mənbə keçirilmiş reydlər barəsində də məlumat vermişdir. Onun bildirdiyinə görə, cari ilin fevral ayında keçirilmiş reydlər zamanı 48 istehlakçının (bunun 39-u məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac ucot komplektində pozuntu faktı aşkar edilərək 102,6 min kilovatsaatdan artıq (bunun 58,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 6,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Qeyd edək ki, cari ilin 2 ayı ərzində isə 105-dən (bunun 86-ı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) çox qayda pozuntusu aşkar edilmişdir. Nəticədə 407,3 min kilovatsaatdan artıq (bunun 251,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 24,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənilməsi təmin edimiş, qalıq hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin fevral ayında 8,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, onun da 7,6 milyon kilovatsaata yaxını daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə ümümi istehlak 646 min kilovatsaatdan çox, daimi əhali istehlakçılar qrupunda isə istehlak 112 min kilovatsaata yaxın artmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 28,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 539 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 min kilovatsaata yaxın azalaraq 17,7 milyon kilovatsaatdan artıq olmuşdur.