ŞƏBƏKƏLƏRİN YENİLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR
Ölkəmizin elektrik energetikası sisteminə daxil olan paylayıcı şəbəkələrin yenidən qurulması istiqamətində işlər davam etdirilir.
“Astara EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, istehlakçılara göstərilən xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə xidməti ərazilərində olan EVX-lərə, ümumi TM və KTM-lərə baxış keçirilərək aşkar edilmiş nöqsanlara uyğun tərtib edilmiş tədbirlər planına müvafiq olaraq hava xətlərində və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır.
Mənbəyə istinadən qeyd edək ki, təmir qrafikinə uyğun işlər cari ilin son üç ayında da davam etdirilmişdir. Belə ki, yenidənqurma işləri və smartkart tipli sayğacların quraşdırılması ilə əlaqədar 600 metrdən artıq koaksial kabel xətti cəkilmişdir. Eyni zamanda 2,8 kilometrə yaxını 1,2 km-ə yaxın 0,4 kV-lik xətt isə təmir edilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik EVX-lərin 4,7 km-ə yaxın hissəsi yenidən qurulmuş, 600 metrə yaxını isə təmir olunmuşdur.
Qeyd edək ki, hesabat dövründə müəssisənin xidməti ərazisində əhalinin elektrik enerjisi təchizatını yaxşılaşdırmaq məqsədilə beş TM quraşdırılmış, bir TM-də yenidənqurma işləri aparılaraq 250 kVA gücündə yeni transformator quraşdırılmışdır. Eyni zamanda güc çatışmamazlığının aradan qaldırılması məqsədilə mövcud gücü 100 kVA transformator 160 kVA ilə əvəz olunmuşdur. Bütün bunlarla yanaşı sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 60-a yaxın TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. 2014-cü ilin fevral ayında müəssisə üzrə 4,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 957 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 11 faizə yaxın artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 3,4 milyon kilovatsaatdan çox və 605 min kilovatsaat olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizdən çoxdur. Yeri gəlmişkən, cari ilin 2 ayı ərzində isə müəssisənin xidməti ərazisində 10,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 7,1 milyon kilovatsaatdan çoxu daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 1,7 milyon kilovatsaata, ödəniş isə mütləq 6 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 2 faizdən artıq olmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçıların sayğac-uçot komplektinə baxış keçirilən zaman aşkar edilən qayda pozuntularına görə, cari ilin fevral ayında 20-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 41,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin 2 ayı ərzində isə burada 50-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 96,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 64 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sonda onu da qeyd edək ki, digər müəsissələrdə olduğu kimi, sözügedən EŞ-in əməkdaşları da həmişə olduğu kimi, bundan sonra da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər.