“Azərenerji” ASC “Hər kağızı bir yarpağa dəyişək” aksiyasına dəstək verdi
Qlobal ekoloji problemlərin aradan qaldırılması, ətraf mühitin qorunması bütün dünyanın diqqət mərkəzindədir. “Azərenerji” ASC enerji obyektlərinin tikintisində və yenidən qurulmasında ən müasir və qabaqcıl texnologiyalar tətbiq etməklə, ekoloji təmizlik prinsiplərinə əməl edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Eyni zamanda Səhmdar Cəmiyyət (SC) ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir.
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, SC-nin kollektivi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən "Hər kağızı bir yarpağa dəyişək!" adlı aksiyaya öz dəstəyini vermişdir. Səhmdar Cəmiyyətdə istifadə olunmuş 1,5 tondan artıq kağız “ASAN xidmət” mərkəzinə təhvil verilmişdir.