“GƏNCƏ EŞ”: YENİDƏNQURMA İŞLƏRİ HƏYATA KEÇİRİLİR

Image

“Gəncə Regional Elektrik Şəbəkəsi”nin də (REŞ) idarəetmə strukturuna daxil olan   EŞ-lərdə də istehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə son üç ay ərzində geniş həcmli yenidənqurma, eyni zamanda əsaslı və cari təmir işləri həyata keçirilmişdir.

“Gəncə Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 6 və 10 kV-lik EVX-lərdə aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin 400 metri də təmir edilmişdir. Eyni zamanda sözügedən gərginlikli xətlərin 120 metri isə yeraltı kabel xəttinə keçilmişdir. İstismar səviyyəsinin daha da yaxşılaşdırılması, elektrik şəbəkələrinin yenidən qurulması, elektrik şəbəkəsinin istismarının asanlaşdırılması və elektrik şəbəkəsində itkilərin azaldılması məqsədi ilə 170-ə yaxın dayaq basdırılmış və 2,8 km uzuznluğunda SİP kabel xətti çəkilmişdir. Bütün bunlarla yanaşı 260-a yaxın smartkart tipli sayğac quraşdırılmışdır. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir kampaniyası TM-lərdən də yan ötməmiş və həmin bu dövrdə 44 TM-də təmir edilmişdir.

Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.

“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə, enerji haqlarının ödənilməsində, eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, burada cari ilin fevral ayında keçirilmiş reydlər zamanı iki istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 24,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,4 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 89 faizinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 2 ayı ərzində isə müəssisə üzrə 20-dən artıq qayda pozuntusu faktı aşkar edilərək 97,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 34 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, cari ilin iki ayı ərzində müəssisənin xidməti ərazisində 202.1 milyon kilovatsaata,  o cümlədən daimi əhali qrupu tərəfindən isə 29,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 2 milyon kilovatsaata yaxın artmış, ödəniş mütləq artım isə 1,3 faiz olmuşdur. O cümlədən, daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3.3 milyon kilovatsaata yaxın artmış və ödənişdə mütləq artım isə 11 faiz olmuşdur. O cümlədən, cari ilin fevral ayında müəssisə üzrə 96,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1.6 milyon kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 milyon kilovatsaata yaxın artaraq 14,5 milyon kilovatsaata yaxın  olmuşdur. Ödənişdə mütləq artım isə 14 faizdən çox olmuşdur.