ZƏRURİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Image

“Ucar Elektrik Şəbəkəsi”nin kollektivi yola saldığımız ildə rayon istehlakçılarına daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisinin verilməsi məqsədilə nəzərdə tutulmuş  tədbirlər planını əsasən həyata keçirmişdir.

Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son üç ay ərzində şəbəkənin istismar sahələrindəki transformator məntəqələrinin 9-da müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Qeyd edək ki, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik II “Şəhər”, I-II “Kənd”, “Quşçuluq” və digər HX-lərin ümumilkdə 1,7 km-i təmir edilmiş, 500 metr naqil dəyişdirilmiş, 5 dayaq yenisi ilə əvəz edilmiş və 4 travers quraşdırılmışdır. 0,4 KV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı isə xətlərin 4,5 km-i təmir olunmuş, 2,2 km-ə yaxın naqil dəyişdirilmiş, 24 dayaq yenisi ilə əvəz edilmiş və 7 travers quraşdırılmışdır. Bütün bunlarla yanaşı 10 və 0,4 kV-lik xətlərin bir neçəsinin trassası yaşıl kütlədən təmişlənmiş, dayaqlar düzləndirilmiş və naqillərin qabariti bərpa olunmuşdur.

Yeri gəlmişkən, avadanlıqların texniki istismar səviyyəsini yüksəltmək istiqamətində də həyata keçirilmiş tədbirlər istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişinə və elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına da öz müsbət nəticəsini göstərmişdir.  Belə ki, ötən il ərzində müəssisə üzrə ümumilikdə 71,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 32 milyon kilovatsaata yaxını daimi əhalinin payına düşür. Görülmüş tədbirlər nəticəsində 2013-cü il ərzində ümumi ödəniş 2012-ci illə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə bu göstərici isə 8,1 faiz olmuşdur.  Qeyd edək ki, cari ilin yanvar ayında isə ümumilikdə 7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 43 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödənişdə isə dinamik artım qeydə alınmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 3,1 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 22 min kilovatsaat artmış, ödəniş də müəyyən qədər mütləq artımışdır.

İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 16 istehlakçının (bunun 14-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qaydaları pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 81,5 min  kilovatsaatdan artıq (bunun 75,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən illərdən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, 2013-cü il ərzində isə 350-yə yaxın (bunun 306-ı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 2 milyon 31,7 min kilovatsaatdan artıq (bunun 1 milyon 763,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 121,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ tamamilə ödənilmiş və eyni zamanda 2012-ci ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin olunmuşdur.