STANSİYA DİSPETÇER QRAFİKİNƏ UYĞUN FƏALİYYƏT GÖSTƏRİR
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, “Füzuli SES” regionların inkişafı proqramı çərçivəsində inşa edilmiş yeni hidrogenerasiya qurğusudur və bir ildən artıqdır ki, istismara verilib. Qurğu üçün Baş Mil kanalı üzərində 40 min ton tutumu olan su anbarı yaradılıb. Anbara toplanan su dörd hidroturbin vasitəsilə generatora ötürülür. Hər bir hidroturbin avtomatlaşdırılmış qapılarla açılıb-bağlanır. Stansiyanın işləməsi üçün nəzərdə tutulan su müəyyən həcmdən artıq olduqda digər xətt vasitəsilə Baş Mil kanalına yönəldirilir.
Stansiyadan verilən məlumatda o da bildirilir ki, 2013-cü ildə burada 22,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bu ilin ilk iki ayında isə istehsal 6 milyon kilovatsaat təşkil edib. Stansiya dispetçer qrafikinə uyğun istismar edilir. Onu da qeyd edək ki, istehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür.