2 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin fevral ayında ölkə enerjisistemində 2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin iki ayı ərzinndə isə 4,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.