ZAQATALA EŞ: YENİDƏNQURMA İŞLƏRİ APARILIR
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Zaqatala” EŞ-dən daxil olan məlumata görə, müəssisə üzrə cari ilin yanvar ayında ümumilikdə 7,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 118 min kilovatssat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin eyni dövründəki ödənişdən mütləq 3,3 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 5,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 185 min kilovatsaatdan, ödəniş isə mütləq 9 faizdən çox artmışdır. Qeyd edək ki, ötən il ərzində isə burada ümumilikdə 78,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2012-ci illə müqayisədə istehlak 5,9 milyon kilovatsaatdan, ümumi ödəniş isə mütləq 16 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci illə müqayisədə 2,6 milyon kilovatsaatdan çox artaraq 51 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2012-ci il ilə müqayisədə mütləq 17 faizə yaxın artmışıdr.
Mənbədən onu da bildirdilər ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 40 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və araşdırma aparılaraq 47,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, 2013-cü il ərzində isə burada 740-dan artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 527,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 91,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 52 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində ötən il ərzində elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılardan birinin sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, avadanlıqların istismar səviyyəsini yaxşılaşdırmaq məqsədilə müəssənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyat keçirilmişdir. Hazırda bu işlər davam etdirilir. Belə ki, son üç ay ərzində 10 kV-lik xətlərin 2,6 km-ə yaxını, 0,4 kV-lik xətlərin isə 5,3 km-dən artıq hissəsi təmir olunmuşdur. Eyni zamanda 9 TM-də müxtəlif təyinatlı təmir işləri həyat keçirilmiş, transformatorlara baxış keçirilmiş və müxtəlif gücdə 90-a yaxın transformatora isə yağ əlavə edilmişdir.
Sonda onu da qeyd edək ki, yerinə yetirilmiş əsaslı və cari təmir işlərinin nəticəsi olaraq qəza açılmalarının sayı demək olar ki, minimuma endirilib.