TƏMİR KAMPANİYASI UĞURLA DAVAM EDİR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, həmçinin  itkilərin azaldılması məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi, “İmişli Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, müvafiq tədbirlər REŞ-in fəaliyyət dairəsinə məxsus olan “Zərdab Elektrik Şəbəkəsi”ndə  də uğurla yerinə yetirilib. Belə ki, ötən ilin son üç ayı ərzində istehlakçıların elektrik enerjisinə olan tələbatının daha da keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə  10 kV-lik “Sovxoz”, II-III “Şəhər”, “MSİ” HX-lərində müxtəlif təyinatlı təmir işləri görülərək, xəttin trassası yaşıl kütlədən təmişlənmiş, naqillərin qabariti aradan qaldırılmışdır. Analoji tədbirlər sırasına 10 kV-lik 1 saylı “Kənd”, “Seyidlər”, “Bıçaqçı-Nasos” və digər EVX-lər də daxildir. Bu elektrik xətlərində naqillər yeniləri ilə əvəz edilmiş, dayaqlar düzəldilmiş, izolyatorlar yeniləri ilə əvəz edilmişdir. Məlumat üçün bildirək ki, ötən ilin son 3 ayı ayı ərzində 2,9 kilometrə yaxın 10 kV-lik EVX-də əsaslı və cari təmir işləri ğörülmüşdür. Qeyd edək ki, tədbirlər Əlicanlı, Məlikli, Gəlmə və digər kəndlərin 0,4 kV-lik xətlərində də yerinə yetirlmiş və dörd km-ə yaxın xətt əsaslı və cari təmir olunmuşdur. Onu da qeyd edək ki, müxtəlif təyinatlı təmir işləri EŞ-in balans mənsubiyyətinə daxil olan   TM-də də aparımış və eyni zamanda müxtəlif gücdə 26 transformator da əsaslı təmir edilərək istifadəyə verilmişdir. Ümumiyyətlə, icra edilmiş  müxtəlif təyinatlı təmir-bərpa işləri enerji daşıyıcıların dayanıqlığını daha da artırmış və iş qabiliyyətini daha da gücləndirmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 24 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 124,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan akta görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qeyd edək ki, 2013-cü il ərzində isə burada 220-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 744,9 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 44,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 65 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

 

“Reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə texniki-iqtisadi göstəricilərdə də müsbət nəticələr əldə edilmişdir”,- deyən mənbə qeyd etdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 3,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da 2012-ci ilin müvafiq dövründəki istehlakla müqayisədə 16 min kilovatsaat azdır.  İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə 2012-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 15 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 108 min kilovatsaata yaxın artaraq 1,9 milyon kilovatsaatdan artıq, ödənişdə  mütləq artım isə 10 faizdən çox olmuşdur. Onu da qeyd edək ki, 2013-cü il ərzində müəssisə üzrə istehlak 2012-ci illə müqayisədə 915 min kilovatsaatdan çox artaraq 48,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2012-ci illə müqayisədə mütləq 6 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2012-ci illə müqayisədə 960 min kilovatsaata yaxın artaraq 20,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur.