2,2 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin yanvar ayında ölkə enerjisistemində 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Bu barədə “Azərenerji”ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Xatırladaq ki, 2013-c il ərzində ölkə enerjisistemində 21,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.