ƏMƏYİN MÜHAFİZƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
İstehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı bölgələrdə ardıcıl və məqsədyönlü tədbirlər görülməkdədir. “Ağdam Elektrik Şəbəkəsi” xidməti ərazisində elektrik enerjisinin fasiləsiz və keyfiyyətli paylanması, satışa ötürülən enerjinin dəyərinin ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Sözügedən şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində elektrik enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq, qış mövsümündə istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülüb. Belə ki, cari ilin son üş ayı ərzində 10-0,4 kV-lik elektrik verilişi xətlərinin 9 kilometrdən artıq hissəsində həyata keçirilən müxtəlif təyinatlı təmir işləri zamanı 1,3 km-ə yaxın naqil yenilənmş, 20-dən artıq dayaq dəyişdirilmiş, 35 travers quraşdırılmışdır. Eyni zamanda, 10-dan artıq transformator məntəqəsində də müvafiq təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında müəssisə üzrə 15,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 155 min kilovatsaat azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 min kilovatsaatdan çox artaraq 804 min kilovatsaata yaxın olmuşdur. Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 milyon kilovatsaatdan çox azalaraq 160,1 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 milyon kilovatsaata yaxın azalaraq 9,1 milyon kilovatsaatdan artıq olmuşdur. “Xidmətin səviyyəsinin daha da yüksəldilməsi və enerji itkilərinin azaldılması istiqamətində də tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 37 istehlakçının (bunun 11-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 354,3 min kilovatsaatdan artıq (bunun 29,2 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 21,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində isə 445-dən çox (bunun 200-i məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 5 milyon 455,6 min kilovatsaata yaxın (bunun 663,7 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 327,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Sonda onu da qeyd edək ki, burada əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir.