AVADANLIQLAR HƏMİŞƏ DİQQƏT MƏRKƏZİNDƏDİR
Yevlax rayonu və ətraf kəndlərin enerji təchizatını təmin edən eyniadlı paylayıcı elektrik şəbəkəsinin texniki istismar səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər planı yerinə yetirlir.
“Yevlax” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata əsasən, paylayıcı elektrik şəbəkəsi üzrə texniki göstəriciləri daha da artırmaq üçün rayon mərkəzi və digər yaşayış məntəqələrindəki qurğu və avadanlıqlarda təmir-bərpa, sazlama işləri aparılır. Müvafiq tədbirlər cari ilin son üç ayı ərzində də uğurla yerinə yetirilib. Belə ki, 10 kV-lik “Cırdaxan”, “Quşçluq”, 6 kV-lik “Meyvəçilik” və digər hava elektrik verilişi xətlərindəki icra edilmiş müxtəlif təyinatlı təmir-bərpa işləri eyniadlı ərazi vahidlərində enerji daşıyıcıların dayanıqlığını daha da artırmış iş qabiliyyətini gücləndirmişdir. Ümumiyyətlə, sözügedən vaxtda müəsissənin balans mənsubiyyətinə aid olan 10 və 6 kV-lik xətlərin 7,3 km-ə yaxın hissəsində aparılan təmir işləri zamanı xəttin müəyyən hissəsi yenilənmiş, 8 dayaq dəyişdirilmişdir. Bundan əlavə müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik elektrik verilişi xətlərinin 8,1 km-dən artıq hissəsində həyata keçirilmiş təmir işləri zamanı SİP kabel xətti çəkilmiş, üç dayaq dəyişdirilmiş, xəttin trassası yaşıl kütlədən təmizlənmiş, dayaqlar düzləndirilmiş və naqillərin qabariti bərpa olunmuşdur. Bütün bunlarla yanaşı həyətlərdə quraşdırılmış sayğacların xüsusi qutularda baxış üçün maneəsiz yerə köçürülməsi zamanı ümumilikdə 1,4 km-ə yaxın kabel xətti də çəkilmişdir. Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan 14 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və bir transformator isə əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında müəssisə üzrə 12 qayda pozuntusu (bunun 10-u məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar edilərək 37,7 min kilovatsaatdan artıq (bunun 32,9 min kilovatsaata yaxını məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 2,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanılması ilə bağlı keçirilmiş reydlər zamanı 320-ə yaxın (bunun 279-u məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 2 milyon 249 min kilovatsaata yaxın (bunun 1 milyon 301,6 min kilovatsaatdan çoxu məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 134,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır”,- deyən mənbə qeyd etdi ki, cari ilin oktyabr ayında müəssisə üzrə 10,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 545 min kilovatsaat çoxdur. İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 min kilovatsaata yaxın artaraq 3,8 milyon kilovatsaatdan çox, ödənişdə mütləq artım isə 13 faizə yaxın olmuşdur. Qeyd edək ki, cari ilin 10 ayında müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 milyon kilovatsaatdan çox artaraq 110,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 7 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2,1 milyon kilovatsaatdan çox azalaraq, 39,3 milyon kilovatsaatdan artıq və 5 faizə yaxın olmuşdur.
Sonda onu da qeyd edək ki, həyata keçirilən tədbirlər planı qarşıdan gələn qış fəslini layiqincə qarşılamaqa imkan verəcəkdir.