2,1 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin yanvar ayında ölkə enerjisistemində 2,1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, 2015-ci il ərzində isə 22,5 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal edilmişdir.