“TOBUZ EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Tovuz EŞ”in də xidməti ərazisində cari və əsaslı təmiri ilə bağlı yerinə yetirilmiş tədbirlər planının nəticəsi olaraq mövcud iqlim şəratitində heç bir şəbəkədaxili qəza hadisəsi baş verməmişdir.
Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirlir ki, dayanıqlığın daha da artırılması məqsədilə şəbəkənin 10 və 0,4 kV-lik xətlərində bir sıra təmir işlər yerinə yetirilib və istehlak edilmiş elektrik enerji haqlarının tam ödənilməsi üçün də tədbirlər görülür. Belə ki, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində 10 və 6 kV-lik xətlərin 10,5 km-dən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkənin 4 kilometrində əsaslı və cari təmir işləri də aparılmışdır. Onu da qeyd edək ki, sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 65-dən artıq TM-də müvafiq işlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı müxtəlif gücdə 19 transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Yeri gəlmişkən, rayonun enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
“Həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsinə və enerji haqlarının ödənilməsində, eyni zamanda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasında da mühüm rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, burada cari ilin oktyabr ayında keçirilmiş reydlər zamanı 53 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 200,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,1 min manarta yaxın istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə müəssisə üzrə 474 qayda pozuntusu faktı aşkar edilərək 3 milyon 638 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 218,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 55 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin oktyar ayında müəssisə üzrə aşkar edilmiş qayda pozuntularına görə iki istehlakçının (10 ay ərzində isə 9 ıstehlakçının) sənədləri tədbir görülməsi üçün hüquq – mühafizə orqanlarına göndərilmişdir. Qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə 105,2 milyon kilovatsaatdan artıq (bunun 43,5 milyon kilovatsaata yaxını daimi əhali qrupu tərəfindən istehlak edilib), o cümlədən cari ilin oktyabr ayında isə 10,4 milyon kilovatsaatdn artıq (bunun 4 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, cari ilin 10 ayı ərzində, ötən ilin müvafiq dövri ilə müqayisədə ümumi istehlak 3,9 milyon kilovatsaata yaxın azalmış (daimi əhali qrupunda isə 2,3 milyon kilovatsaatdan çox artmış), o cümlədən oktyabr ayında isə ümumi istehlak 1,7 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 542 min kilovatsaatdan çox) artmışdır. Ötən ilin müvafiq dövri ilə müqayisədə cari ilin 10 ayı ərzində ümumi ödənişdə mütləq artım qeydə alınmış (daimi əhali qrupunda isə mütləq artım 4 faizdən artıq), o cümlədən oktyabr ayında isə ümumi ödənişdə mütləq artım 15 fazə yaxın (daimi əhali qrupunda isə mütləq artım 8 faizə yaxın) olmuşdur.