TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Yola saldığımız 2015-ci il təkçə ölkə energetikləri deyil, bütün respublika üçün də əlamətdar hadisələrlə yadda qalmışdır. Dövlət proqramlarında elektrik enerjisi sistemində nəzərdə tutulmuş layihələr uğurla həyata keçirilmişdir.
Dövlət Başçısının rəhbərliyi altında ötən 12 il ərzində respublikanın müxtəlif regionlarında ümumi gücü 2300 MVt-dən artıq olan çoxlu sayda yeni elektrik stansiyası istismara verilmişdir. O cümlədən, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində pik gücləri artırılmışdır.
2015-ci ildə də enerjisistemin dayanıqlılığının artırılması, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda o da bildirilir ki, dispetçer qrafikinə uyğun olaraq Cənub stansiyasında 2015-ci il ərzində 3 milyard 801,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, ötən ilin dekabr ayında isə 472,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, həmin dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbənin sözlərinə görə , bu avadanlıqların istismar səviyyəsinin yüksəldilməsinə, müasir metodlardan istifadəyə yönəldilmiş stansiya personalının dəqiq təşkil olunmuş işinin nəticəsidir.
Yeri gəlmişkən, istismara verildiyi vaxtdan bu günə kimi (01.01.2016-cı ilə kimi) bu stansiyada dispetçer qrafikinə uyğun olaraq 9 milyard 270,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.