2015-Cİ İLDƏ 22,5 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSALI

Image

2015-ci ilin 12 ayı ərzində ölkə enerjisistemində 22,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, 2015-ci ilin dekabr ayında isə istehsal 2 milyard kilovatsaatdan artıq təşkil etmişdir.