AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR
Ulu Öndərin təşəbbüsü, gərgin əməyi və bilavasitə yaxından iştirakı ilə ərsəyə gələn“Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi»nin qərb bölgəsinin enerji təchizatında, eyni zamanda pik güclərinin artırılmasında özünəməxsus payı və rolu var.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, stansiyada cari ilin noyabr ayında silsilə üzrə 63,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 45,7 milyon kilovatsaatdan çoxu «Şəmkir» SES-in, 18,1 milyon kilovatsaata yaxını isə «Yenikənd» SES-in payına düşür.
Qeyd edək ki, 2015-ci ilin 11 ayı ərzində isə sözügedən silsilədə 878,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bundan 615,1 milyon kilovatsaatdan çoxu «Şəmkir» SES-in, 263,6 milyon kilovatsaata yaxını isə «Yenikənd» SES-in payına düşür.
Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində hidroaqreqatlarda cari təmir işləri həyata keçirilmişdir. Hazırda “Şəmkir SES”də istismar edilən, ümumi gücü 380 MVt olan iki hidroaqreqat hazırda saz vəziyyətdədir. Bununla yanaşı, SES-də olan digər avadanlıq və qurğularda təmir işləri və profilaktik yoxlamalar davam etdirilir.
“Yenikənd SES”də isə sozügedən dövrdə 1-ci hidoaqreqatda əsaslı təmir işləri aparılmışdır. Hazırda 3-cü hidroaqreqat cari təmirə çıxarılmışdır.
Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.