YENİDƏNQURMA İŞLƏRİ APARILIB
«Azərenerji» ASC-nin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, «Gəncə REŞ» MMC-nin balans mənsubiyyətində olan, respublikamızın qərb bölgəsinin yüksək gərginlikli elektrik veriliş xətlərində və yarımstansiyalarında qrafikə uyğun təmir işləri həyata keçirilir. Bu, payız-qış mövsümünü uğurla və qəzasız başa vurmaq, enerjitəchizatçı müəssisəsini keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdə mühüm rol oynayır.
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, müəssisənin kollektivi tədbirlər planına uyğun olaraq 110/35/10 kilovoltluq «Gəncə-2» yarımstansiyasında təmir apararaq obyektin uzunömürlülüyünü və normal fəaliyyətini gücləndirib. Qurğu və avadanlıq təftiş olunub, yüksək gərginlikli elektrik verilişi xətlərinə baxış keçirilib və aşkar olunan qüsurlar müəyyənləşdirilərək aradan qaldırılıb. Təftiş və yoxlamalardan sonra yarımstansiyada on ədəd eleqaz açarı və doqquz dəst cərəyan transformatoru quraşdırılıb. Eleqaz açarlarının ayırıcılararası naqillərinin yenilənməsi həyata keçirilib. Bununla yanaşı on bir ədəd hava xəttinə mühafizə panelləri quraşdırılıb.
Yarımstansiyanın yenilənməsi istiqamətində digər işlər də görülüb - bu sıraya 0,4 kilovoltluq I-II bölmə şinləri ayrı otağa köçürülüb. Təmirçilərin səyı və gücü nəticəsində yarımstansiyanın yenilənməsi istiqamətində digər işlər də həyata keçirilib. Alınmış avadanlıq və ehtiyat hesabına 110 kilovoltluq I və II şinlər sisteminin gərginlik transformatoru və boşaldıcıları quraşdırılıb. Həmçinin 25 MVA transformatorların 110/35 kilovoltluq giriş açarlarının kabeli yenilənib.
Müəssisədən bildiriblər ki, yarımstansiyada 110 kilovoltluq I və II Alabaşlı hava xəttinin ayırıcılarına intiqallarla yanaşı idarəetmə şitinə sabit cərəyan paneli də quraşdırılıb.
«Gəncə REŞ» MMC-nin kollektivi cari ili də qəzasız başa vurur və növbəti yeni ilin görüləcək işlərinin planını müəyyənləşdirir.