“SABİRABAD EŞ”: TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR
İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faiz yerinə yetirilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Sabirabad” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin fevral ayında müəssisənin xidmət ərazisində 20,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 7 faizə yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 15,7 milyon kilovatsaata yaxın olmuşdur.
Qeyd edək ki, cari ilin 2 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 194,5 min kilovatsaat artaraq 44,8 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvariq olaraq 200,1 min kilovatsaat və 35 milyon kilovatsaatdan artıq olmuşdur.
Mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 216 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 872,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 52,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, cari ilin iki ayı ərzində sözügedən qayda pozuntusuna görə müəssisənin xidməti ərazisində 495-dən çox akt tərtib olunmuş, 2 milyon 101,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 126,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 96 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Şəbəkədə əsaslı və cari təmir işləri davam etdirilir”, – deyən mənbə onu da bildirdi ki, son üş ay ərzində 10 və 0,4 kV-lik hava xətləri də daxil olmaqla burada xeyli miqdarda yenidənqurma və təmir işləri icra edilib. O cümlədən, ümumilikdə sözügedən gərginlikli xətlərin 10,7 km-ə yaxın hissəsində təmir işləri aparılmışdır. Buna misal olaraq 10 KV-lik “Un dəyirmanı”, “Sənaye kombinatı”, “Cavad”, “Narlıq”, “Quruzma” və s. 0,4 KV-lik “Xəlfəli”, “Həsənalıkənd”, “Şəhriyar”, “Ulacalı” və digər bir neçə kəndlərin HX-lərində də görülmüş işləri göstərmək olar.
Mənbənin verdiyi digər məlumata əsasən, həmin bu dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və müxtəlif gücdə 56 transformator da təmir olunaraq şəbəkəyə qoşulmuşdur. Şəbəkədən verilən məlumata istinadən, yerinə yetirlən və hazırda davam etdirilən təmir-bərpa işləri enerji sistemin təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.