TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR

Image

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödənilməsi, paylayıcı elektrik şəbəkələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Digər enerji obyektləri kimi “Qobustan Elektrik  Şəbəkəsi” (EŞ) müəssisəsində də ötən il ərzində elektrik verilişi xətlərində və transformator məntəqələrində bir sıra əsaslı və cari təmir işləri görülüb.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə  daxil olan məlumata görə,  cari ilin ilk iki ayı ərzində həyata keçirilən tədbirlər sırasına 10 kV-lik “Ərəbqədim” HX-nin “Göydərə” budaqlanmasından doydurulan TM-dən elektrik enerjisi ilə təchiz edilən istehlakçıların enerji təminatının dayanıqlığının daha da artırılması məqsədilə transformatorun daha güclüsü ilə  əvəz edilməsi, HX-lərin dəyişdirilməsi, TM-lərdə müxtəlif təyinatlı təmir işlərinin həyata keçirilməsi və s daxildir. Qeyd edək ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik xətlərin 1,4 km-ə yaxın hissəsi yenilənmiş, 350 m-ə yaxın SİP kabel xətti çəkilmiş və səkkiz TM bərpa olunmuşdur.Ümumilikdə isə bu il ərzində şəbəkədə həyata keçiriləcək tədbirlərin siyahısı zəngindir. Görü­lən işlər, şübhəsiz ki, şəbəkə üzrə dayanıqlığın təmin olunmasına əhəmiyyətli təsir göstərəcək.

“İtkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir”, - deyən mənbə onu da bildirdi ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 3 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Qayda pozuntusu faktları abonent (qeyri əhali) istehlakçıları qrupuna aiddir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2,2 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, cari ilin iki ayı ərzində keçirilmiş reydlər zamanı isə 32 istehlakçının (sözügedən qayda pozuntularının 15-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 20,6 min kilovatsaatdan artıq (bunun 8,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 1,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən əldə edilən digər bir məlumata  görə isə, cari ilin fevral ayında müəssisənin xidmət ərazisində 1,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 277 min kilovatsaata yaxın çoxdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 13 faiz artmışdır. O cümlədən daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 210,1 min kilovatsaat artaraq 1,1 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır.

Sonda onu da qeyd edək ki, cari ilin 2 ay ərzində müəssisə üzrə 3,4 milyon  kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 475,3 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 12,5 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 272,2 min kilovatsaat artaraq 2,5 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə mütləq 9,4 faiz artmışdır.