“BƏRDƏ EŞ”: REYDLƏR KEÇİRİLİB
Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi “Bərdə” EŞ-in xidməti ərazisində də istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişinin tam təmin edilməsi, enerji təchizatının yaxşılaşdırılması, xidmətin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər görülür. O cümlədən yenidənqurma və təmir bərpa işləri uğurla həyata keçirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, təmir qrafikinə uyğun olaraq son üç ay ərzində balans mənsubiyyətinə aid olan 35 kV-lik “Şirvan” yarımstansiyasından çıxan 10 kV-lik 3 saylı, “Yeni Həyat” yarımstansiyasından çıxan 10 kV-lik 1 və 2 saylı, “Bərdə” yarımstansiyasından çıxan 2 və 6 saylı kənd HX-lərində və digər bir neçə eyni gərginlikli xətlərdə həyata keçirilmiş təmir işləri zamanı ümumilikdə 9,3 km xətt təmir olunmuş və 6 dayaq dəyişdirilmişdir. Müəssisənin xidməti ərazisində olan 0,4 kV-lik xətlərin isə ümumilikdə 11,5 km-i təmir edilmiş və 13 dayaq yenisi ilə əvəzlənmişdır.
Qeyd edək ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid olan TM-lərin 17-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və eyni zamanda müxtəlif gücdə 25 transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Mənbə onu da bildirdi ki, təmir işləri ilə yanaşı elektrik enerjisindən qeyri qanuni istifadənin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir. Aşkar edilmiş pozuntu halları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülüb. Belə ki, cari ilin fevral ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 114 istehlakçının (bunun 112-si məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 533 min kilovatsaatdan artıq (bunun 490,2 min kilovatsaata yaxını məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 32 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 59 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, cari ilin iki ayı ərzində isə sözügedən qayda pozuntusuna görə 217 akt (bunun 207-si məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) tərtib olunmuş, 956,5 min kilovatsaata yaxın (bunun 845,6 min kilovatsaata yaxını məişət aboneneti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 57,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 62 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd edək ki, cari ilin fevral ayında müəssisə üzrə 18,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 15 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ödən ilin eyni dövrü ilə nüqayisədə 24 faizdən çox azalaraq 6 milyon kilovatsaatdan artıq olmuşdur.
Onu da bildirək ki, cari ilin 2 ayı ərzində 40 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 7,4 faiz azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 12,5 milyon kilovatsaatdan artıq və17 faizə yaxın olmuşdur.
Sonda onu da qeyd edək ki, ümumiyyətlə istehlakçıların elektrik enerjisinə tələbatının daha da dayalıqlı ödənilməsi enerji təchizatçılarının başlıca vəzifəsidir. Bərdə rayon elektrik şəbəkəsinin kollektivi də bu vəzifəni layiqincə yerinə yetirmək üçün bütün imkanlarını səfərbər ediblər.