TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

Image

Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, respublikada istehsal edilən elektrik enerjisinin 40 faizinə yaxınını istehsal edən “Azərbaycan İstilik Elektrik Stansiyası”nın (İES) kollektivi həmişə olduğu kimi, bu ilki payız-qış mövsümünə də yüksək səviyyədə hazırlıq görüb. Belə ki, sözügedən stansiyanın texniki-iqtisadi gös­təricilərinin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət olunması və stansiya avadanlıqlarının payız-qış möv­sümünə hazırlığı ilə bağlı kompleks tədbirlər planı əsasən yerinə yetirilib. Bununla yanaşı, texniki tələblərə uyğun olaraq aparılmış profilaktik yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji blokları və avadanlıqların dayanıqlı və qənaətli iş rejimləri təmin edilib. Dispetçer yük qrafikinə əməl olunmaqla enerji istehsalı üzrə verilən tapşırıqlar artıqlamasilə yerinə yetirilib. Əməliyyat heyəti tərəfindən avadanlıqların zədələnməsinə və sıradan çıxmasına gətirib çıxara biləcək qəza və imtina hallarına yol verilməyib.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, stansiyada cari ilin noyabr ayında 625,5 milyon kilovatsaata taxın elektrik enerjisi istehsal edilmişdir.

Həmişə olduğu kimi cari ilin 11 ayında da stansiya kollektivinin əzmkarlıqla çalışdıqlarını vurğulayan mənbə bildirdi ki, sözügedən dövr ərzində stansiyada 6 milyard 856,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.