1,9 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin fevral ayında ölkə enerjisistemində 1,9 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin iki ayı ərzinndə isə 4 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.