2,1 MİLYARD KİLOVATSAATDAN ARTIQ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin yanvar ayında ölkə enerjisistemində 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Xatırladaq ki, 2012-ci il ərzində isə ölkə enerjisistemində 21,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.