GORANBOY EŞ: MÜVAFİQ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.

“Goranboy” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 90-dan artıq (bunun 80-dən çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 346,8 min  kilovatsaatdan artıq (bunun 254,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 20,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, ötən il ərzində burada 1300-dən artıq (bunun 1115-dən çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 5 milyon 522,8 min kilovatsaata yaxın (bunun 2 milyon 889,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 331,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 83 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, 2012-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində 13,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 2011-ci ilin eyni dövründəki göstəricidən mütləq 13,2 faiz çoxdur. Daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 3,7 milyon kilovatsaatdan və 10 faizdən artıq olmuşdur.

Onu da qeyd edək ki, müəssisə üzrə ötən il ərzində 202 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2011-ci illə müqayisədə ödəniş mütləq 11 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 45,7 milyon kilovatsaata yaxın,  2011-ci illə müqayisədə ödənişdə mütləq artım 7 faizdən artıq olmuşdur.